Humsdan silahlı müxalifətin çıxarılmasına başlanıldı

Suriyanın Hums şəhərində Əl-Vaer məhəlləsindən silahlı müxalifətin ailə üzvləri ilə birlikdə çıxarılması prosesinə başlanılıb. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, beş avtobus ilk qrupu çıxarıb. Avtobuslar qalan silahlıların da çıxarılacağı toplanış nöqtəsinə istiqamət alıb. Ardından onlar Cərablus istiqamətində yola düşəcəklər. Artıq bu gün təqribən 1500-1600 nəfər çıxarılmalıdır. Bu, 400-500 silahlının ailələri ilə birlikdə sayıdır. Həmçinin, bəzi yaralılardır.

DİGƏR XƏBƏRLƏR

Top