Türkiyənin şəhərləri “Kürdüstan” ərazisi kimi təqdim olunur

İraq kürd muxtar bölgəsinin başçısı Məsud Bərzaniyə yaxınlığı ilə tanınan “Rudaw” telekanalında hava proqnozu təqdim edilərkən ekranda yayımlanan xəritədə Türkiyədəki bəzi şəhərlər “Kürdüstan” ərazisi kimi göstərilir. “Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, etiraza səbəb olan xəritə 2013-cü ildən etibarən bu cür ekranda yayımlanır. Xəritədə bütün Cənub- şərqi Anadolu və Şərqi Anadolu bölgəsinin əksər ərazisi “Kürdüstan” xəritəsinə daxil edilib. Yayımlanan meteoroloji proqnoz xəritəsində Ərzurum, Sivas, Ağrı, Van, Malatya, Hatay, Mersin “Kürdüstan” sərhədləri tərkibinə qatılıb.

DİGƏR XƏBƏRLƏR

Top