Paris aeroportunda hərbçinin silahını almağa cəhd edən şəxs güllələndi

Parisin Orli aeroportunda hərbi patrula hücum edən şəxs hərbçilərin açdığı atəş nəticəsində öldürülüb. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Fransanın Daxili İşlər Nazirliyi xəbər verib. Məlumata görə, bu gün naməlum şəxs səhər saatlarında “Sentinelle” əməliyyatı çərçivəsində Orli hava limanında təhlükəsizliyi təm edən hərbçilərə hücum edib. Hərbçilər atəş açıblar. Hazırda “Orly Sud” terminalı təxliyə edilib, hadisə yerində polis xüsusi təyinatlıları işləyirlər.

DİGƏR XƏBƏRLƏR

Top