Yeniyetmə məhkumların bayram münasibətilə şəhərdə gəzintisi təşkil olunub

Ədliyyə Nazirliyi Penitensiar xidmətin Tərbiyə müəssisəsində nümunəvi davranışı ilə seçilən yetkinlik yaşına çatmayan məhkumların Novruz bayramı münasibətilə xidmət əməkdaşlarının müşayiəti ilə müəssisənin hüdudlarından kənarda gəzintisi təşkil olunub. Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, yeniyetmələr - Hüseynov Fuad Zaur oğlu, Ömərov Qulu Murad oğlu, Ələkbərov Natiq Rəfail oğlu və Mits Yuri Aleksandroviç ilk olaraq Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər. Daha sonra yeniyetmə məhkumların Milli Azərbaycan Tarix Muzeyinə ekskursiyası təşkil olunub. Tədbirin sonunda yeniyetmələrə ticarət və əyləncə mərkəzində gəzinti və filmə tamaşa etmək üçün şərait yaradılıb.Report

DİGƏR XƏBƏRLƏR

Top