Nyu-Yorkda Müqəddəs Patrik günü münasibətilə 150 min insanın iştirakı ilə yürüş keçirilib. TASS agentliyinin xəbərinə görə, yürüş iştirakçıları hökumətdən miqrasiya siyasətinə yenidən baxmağı tələb ediblər. Yürüşdə Nyu-Yorkun meri Bill de Blazio, şəhərin polis komissarı Ceyms Onil və Nyu-York ştatının qubernatoru Endryu Kuomo iştirak ediblər. “Hökumət ölkədə yaşayan insanları bir-birindən ayırmaq istəyir. Lakin Nyu-York – irlandiyalılar, italyanlar, yəhudilər, müsəlmanlarındır. Birimizə edilən hücumu hamımıza edilmiş hücum kimi dəyərləndiririk”, deyə E.Kuomo bildirib.Apa