Suriya su altında qala bilər

Suriyanın BMT yanında müvəqqəti işlər vəkili Munzər Munzər ABŞ-ın Fərat bəndini bombardamanını dayandırması tələbi ilə təşkilatın baş katibi Antonio Qutyerrerşə müraciət edib. “Yeniavaz.com”un “Riafan.ru” saytına istinadən verdiyi məlumata görə, M. Munzər qeyd edib ki, əks halda Suriyanın bir neçə şəhəri Yer üzündən silinə bilər. Diplomatın müraciətində bildirlir ki, hava zərbələri bəndlərin tam məhvinə gətirib çıxara bilər: “Bu isə o deməkdir ki, bir neçə şəhər və kənd su axını ilə tam məhv ola bilər. Hava zərbələri həmin rayonlarda yaşayan yüz minlərlə insanın həyatı üçün təhlükə yaradır”. İlk növbədə söhbət “Fərat” və “Tişrin” bəndlərindən gedir. Onların dağılacağı təqdirdə, müvafiq olaraq 14 milyard və 1,9 milyard kubmetr həcmində su anbarları dağılacaq.

DİGƏR XƏBƏRLƏR

Top