Rusiya Abxaziyaya S-300 zenit-raket kompleksləri yerləşdirib

Rusiya Abxaziyaya əlavə S-300 zenit-raket kompleksləri yerləşdirib. “Yeniavaz.com”un “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Gürcüstanın xarici işlər naziri Mixail Canelidze deyib. Onun sözlərinə görə, Rusiya tərəfinin bu addımı, eləcə də Cənubi Osetiya bölmələrinin Rusiya ordusunun tərkibinə daxil edilməsi barədə qərarı göstərir ki, Rusiyanın siyasəti sülh və təhlükəsizliyin təmin edilməsinə deyil, ilhaqa istiqamətlənib. Gürcüstanın Milli Təhlükəsizlik Şurasının sədri David Rakviaşvili ehtimal edib ki, S-300 zenit-raket kompleksinin yerləşdirilməsi Gürcüstana deyil, NATO-nun Qara dənizdə fəallığına qarşı yönəlib.

DİGƏR XƏBƏRLƏR

Top