NATO-dan Türkiyəyə çağırış


NATO-nun baş katibi Yens Stoltenberq, Türkiyə və Avstriyaya müraciət edərək onları bəzi əməkdaşlıq proqramlarının qarşısını alan diplomatik böhranları həll etməyə çağırıb. “Yeniavaz.com” Türkiyə mətbuatına istinadən bildirir ki, NATO-ya üzvü olmayan, lakin ittifaqla əməkdaşlıq edən Vyana rəhbərliyi Türkiyədən Avropa Parlamenti üzvlüyü barədə müzakirələri dayandırmağı tələb edib. Türkiyə bu çağırışa qarşı sərt reaksiya göstərib. Stoltenberq, Danimarkanın paytaxtı Kopenhagenə səfəri zamanı açıqlayıb ki, bu çağırış bəzi əməkdaşlıq proqramlarının başlamasına əngəl olacaq: “Türkiyə və Avstriyanı əməkdaşlıq baxımından mənfi nəticələrin olmaması üçün bu problemlərin həllinə təşviq edirik”.

DİGƏR XƏBƏRLƏR

Top