Aİ-dən inhisarçılığa yol verən 11 şirkətə 776 milyon avro cərimə

Avropa İttifaqı Komissiyası razılığa gələrək qiymət müəyyənləşdirdikləri və inhisarçılıq yaratdıqlarına görə 11 yük aviasiya şirkətinə qarşı 776 milyon avro məbləğində cərimə qərarı verib. “Yeniavaz.com”un “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, 1999-2006-cı illər ərzində Avropa İqtisadi Zonasında fəaliyyət göstərən və kartel quran “Air Canada”, “Air France”, KLM, “Martinar”, “British Airways”, “Cargolux”, “Cathay Pacific Airways”, “Japan Airlines”, “LAN Chile”, SAS və “Singapore Airlines”a qarşı müxtəlif miqdarda pul cəzası tətbiq edilib. Təhqiqat zamanı əməkdaşlıq etdiklərinə və kartelin aşkarlanmasında vacib məlumatlar verdiklərinə görə, “Lufthansa” və “Swiss Internationaı Air Lines”a pul cəriməsi verilməyib.

Qeyd edək ki, Avropa İttifaqında fəaliyyət göstərən şirkətlərin sektorlarındakı rəqabətəzidd halın olub-olmadığını yoxlamaq səlahiyyəti Avropa İttifaqı Komissiyasına aiddir. Komissiya kartel kimi rəqabətə və ya antimonopoliya qanunlarına zidd hal üzə çıxararsa, buna son qoyur və şirkətlərə böyük miqdarda cərimələyir.

DİGƏR XƏBƏRLƏR

Top