Ərdoğan bir ailə üçün uşaq sayını 5-ə yüksəltdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropadakı türklərə səslənərək 3 deyil, 5 uşaq sahibi olmağa çağırıb. “Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, prezident türklərin Avropanın gələcəyi olduğunu bildirib. Bu məqsədlə o, Avropadakı həmvətənlərini oralara sahib çıxmağa çağırıb: “Daha yaxşı istiqamətlərdə yaşayın. Ən yaxşı avtomobilləri sürün. Ən gözəl evlərdə qalın. 3 deyil, 5 uşaq sahibi olun. Çünki Avropanın gələcəyi sizsiniz. Sizə edilən haqsızlığa qarşı veriləcək ən gözəl cavab bu olacaq”.

DİGƏR XƏBƏRLƏR

Top