Konqresmeni Adam Şiff ABŞ-ı Azərbaycana hərbi yardımı dayandırmağa çağırıb

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü, Amerika Erməni Milli Komitəsinin "çaldığına oynayan" konqresmen Adam Şiff növbəti dəfə bölgədə baş verən hadisələrdə Azərbaycanı "günahlandırıb". "Yeniavaz.com"un panarmenian.net-ə istinadən verdiyi məlumata görə, Şiff ABŞ-ı Azərbaycana hərbi yardımı dayandırmağa, Qarabağın separatçı rejiminə və Ermənistana maliyyə yardımlarını artırmağa çağırıb. Ermənipərəst konqresmen Nümayəndələr Palatasının Birgə proqramlar və xarici əməliyyatlar yarımkomitəsini Ermənistana və Dağlıq Qarabağa 40 milyon dollar yardım ayırmağa çağırıb. Xatırladaq ki, Demokratlar Partiyasından olan Adam Şiff dəfələrlə Azərbaycan və Türkiyə əleyhinə çıxışlar etməsi və erməniləri dəstəkləməsi ilə tanınır.

DİGƏR XƏBƏRLƏR

Top