Almaniya millisinin Bakıya gətirəcəyi heyət məlum oldu

Futbol üzrə Almaniya milli komandasının martın 22-də Dortmundda İngiltərə ilə yoldaşlıq görüşü, martın 26-da isə Bakıda Azərbaycan yığması ilə keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçı üçün heyəti müəyyənləşib. Baş məşqçi Yoahim Löv yeni futbolçulara da dəvət göndərib.

Qapıçılar: Manuel Noyer (“Bavariya”), Bernd Leno (“Bayer”), Mark-Andre ter Ştegen (“Barselona”)

Müdafiəçilər: Şkodran Mustafi (“Arsenal”, İngiltərə), Yonas Hektor (“Köln”), Benedikt Hövedes (“Şalke”), Mats Hummels, Joşua Kimmix (hər ikisi “Bavariya”), Antonio Rüdiqer ("Roma", İtaliya), Niklas Zyule, Sebastian Rudi (hər ikisi “Hoffenhaym”)
Yarımmüdafiəçilər: Sami Kedira (“Yuventus”, İtaliya), Yulian Draksler (PSJ, Fransa), Toni Kroos (“Real”, İspaniya), Andre Şyurrle ("Borussiya", Dortmund), Lukaş Padolski ("Qalatasaray", Türkiyə), Mesut Özil ("Arsenal", İngiltərə), Tomas Müller (“Bavariya”)

Hücumçular: Emre Can ("Liverpul", İngiltərə), Yulian Vayql ("Borussiya", Dortmund), Leroy Sane ("Mançester Siti"), Yulian Brandt ("Bayer"), Timo Verner (Leyptsiq), Mario Qomes (“Volfsburq”)

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Almaniya matçı saat 20:00-da başlanacaq.

DİGƏR XƏBƏRLƏR

Top