Ermənistan müxalifəti silahlı üsyana hazırlaşır

Ermənistanda aprelin 2-də keçirilməsi nəzərdə tutulan növbəti parlament seçkiləri ərəfəsində siyasi vəziyyət get-gedə gərginləşməkdədir. Buna da səbəb 2008-2016-cı illərdə Ermənistanın müdafiə naziri olan Seyran Ohanyan, İrs Partiyasının sədri, 2013-cü ildə prezidentliyə namizəd Raffi Ovanesyan və 1998-2008-ci illərdə xarici işlər naziri vəzifəsini həyata keçirən Vardan Oskanyan tərəfindən parlament seçkiləri ərəfəsində qurulan "Oqanyan-Raffi- Oskanyan" (ORO) blokunun iqtidarda olan güclərin saxtkarlıqlarına qarşı sərt cavab tədbirləri həyata keçirəcəklərini nümayiş etdirmələridir.

"Yeniavaz.com"un 1in.am-a istinadən verdiyi məlumata görə, bununla bağlı yerli "Jamanak" qəzeti parlamentdə mandat əldə edə bilməyəcəyi halda ORO –nun silahlı üsyan qaldıracağını bildirib. "Jamanak" blokun üzvü general-leytenant, Daşink partiyasının lideri Samvel Babayanın indidən seçkilərin gedişindən narazı olduğunu və iqtidarda olan qüvvələrin hər vasitə ilə parlamentdə çoxluğu təmin edə biləcəklərindən narahat olduğunu bildirərək yazır: " Parlamentdə mandat əldə edə bilməyəcəkləri təqdirdə ORO bloku etiraz aksiyalaraına başlayacaq. Babayan və tərəfdarları hətta təmsil etdiyi blokun haqqını təmin etmək üçün iqtidar əleyhinə silahlı üsyan qaldırmaqdan belə çəkinməyəcəklər. Onlar indidən nəinki Yerevanda, həm də ölkənin digər ərazilərində dövlət idarələrini və polis məntəqələrinə hücum edərək ələ keçirməyi planlaşdırıblar".

DİGƏR XƏBƏRLƏR

Top