
"Baş Nazir Artur Rəsizadənin parlamentdə hökumətin 2016-cı ildə fəaliyyəti haqqında hesabatının təqdimatından sonra deputatların çıxışlarını oxudum. Hamısı nəyisə tənqid edir. Bank sektorundakı ağır vəziyyət, bankların verdikləri kreditlərin yüksək olmasından tutmuş ətin və digər ərzaq məhsularının qiymətlərinin od tutub yanmasına qədər şikayətlər səsləndi. Aydındır ki, haqlı tənqidlərə Artur Rəsizadənin verəcəyi tutarlı cavabı yoxdur". "Yeniavaz.com" xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.
"Baş Nazir çıxışında bircə onu deyib ki, "Beynəlxalq Bank"ın keçmiş rəhbərliyi maliyyə sektorunda böhran yaratmışdı. Soruşan lazımdır ki, böhran yaranarkən, Siz hara baxırdınız, yoxsa yüksək çinlilərin ittifaqından çəkinərək ruslar demişkən, "mənim evim kənardadır" prinsipindən çıxış edirdiniz? Deputatlar açıq söyləməsələr də Baş Nazir Artur Rəsizadənin fəaliyyətindən narazıdırlar və bu yaşda olan şəxsin təqaüdə yola salınmasını səbirsizliklə gözləyirlər. Ümumiyyətlə, Azərbaycanda Konstitusiya dəyişikliklərindən sonra prezidentdən başqa idarəetməyə birinci vitse-prezidentlə vitse-prezident nəzarət edəcəklərsə, səlahiyyətsiz baş nazirə nə ehtiyac var?",-deyə politoloq qeyd edib.
Tətbiqimizi yükləyə bilərsiniz