ABŞ Şimali Koreyanı hərbi müdaxilə ilə hədələdi

Vaşinqton Cənubi Koreyanı və orada yerləşən Amerika qoşunlarını təhdid edərsə, Şimali Koreyaya qarşı hərbi addımları istisna etmir. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın dövlət katibi Reks Tillerson Cənubi Koreyanın xarici işlər naziri Yun Byon Se ilə danışıqların yekunu üzrə deyib. Onun sözlərinə görə, Vaşinqton məsələni hərbi toqquşmayadək çatdırmaq istəmir: “Lakin əgər Şimali Koreya Cənubi Koreya və Amerika qoşunlarına təhdid törədən hərəkətərə yol verərsə, cavab tədbirləri görüləcək”.

DİGƏR XƏBƏRLƏR

Top