Kəmaləddin Heydərov vətəndaşların çoxunun problemini yerindəcə həll etdi

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov vətəndaşları qəbul edib. "Yeniavaz.com" xəbər verir ki, Kamaləddin Heydərov bu gün Ağdaş şəhərində Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında vətəndaşları qəbul edib. Qəbulda nazir Mingəçevir və Naftalan şəhərlərinin, Ağdaş, Yevlax, Goranboy rayonlarının sakinlərinin, həmçinin həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünlərin müraciətlərini dinləyib. Vətəndaşların müraciətlərinin bir çoxu yerindəcə həllinin tapıb, bir sıra məsələrlə bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib.

Pərviz Əliyev, Ağdaş

DİGƏR XƏBƏRLƏR

Top