Tahir Gözəl: "Bu ən yaxşı "Qarabağ" deyildi"

"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl "Slovan"la matçdan sonra öz fikirlərini bildirib. "Yeniavaz.com" vitse prezidentin açıqlamalarını təqdim edir: "İkinci qoldan sonra komanda sındı.Ondan sonra oyunda dönüş yarada bilmədik. Bu gün ən yaxşı "Qarabağ"ı görmədim. Qapımıza təyin olunan penalti ruhumuzu sındırdı. "Slovan" təsadüfi qələbə qazanmadı. Bizdən gözəl oynadılar. Düzdü futbolçularımız əllərindən gələni etdilər, amma bu ən yaxşı "Qarabağ" deyildi.
"Fiorentina"nın məğlub olmağından da xəbərim var. Çox çətin olacaq. Son oyunda İtaliya klubuna mütləq qalib gəlməliyik. "Fiorentina" çox güclü komandadı. Bizi çox çətin mübarizə gözləyir. Amma bu futboldu. Həmişə ümidliyik, "Qarabağ"ımıza inanırıq. Komandanın arxasındayıq. Sona qədər mübarizə aparmalıyıq".

DİGƏR XƏBƏRLƏR

Top