Suriya ordusu İsrail təyyarəsini vurdu

Suriya hökumət ordusu bəyan edib ki, ölkənin hava məkanına daxil olan İsrail Hərbi Hava Qüvvələrinə məxsus 4 təyyarədən birini vurub. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Suriya ordusunun məlumatında deyilir ki, hava hücumundan müdafiə sistemi reaksiya göstərərək “işğal edilmiş” ərazisindəki təyyarələrdən birini vurub. Bundan başqa, daha bir təyyarəyə toxunulub, qalanları isə uçub. Məlumatda qeyd edilir ki, İsrail aviasiyasının məqsədi Palmiradakı obyektlər olub.

DİGƏR XƏBƏRLƏR

Top