Bakıda subasma baş verən ərazilərdə YENİLİK

"Bakının Sabunçu rayonu Zabrat qəsəbəsinin bəzi sahələrində subasma həmin ərazidə kommunikasiya sisteminin müvafiq tələblərə cavab verməməsi ilə əlaqədardır". Bunu "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov bildirib.

Onun sözlərinə görə, hazırda sözügedən ərazidə mövcud olan problemi aradan qaldırmaq üçün yeni layihələr hazırlanır: "Layihələrin hazırlanması prosesi başa çatdıqdan sonra maliyyələşmə məsələsinə baxılacaq. Bu layihələr icra olunaraq sözügedən ərazidə mövcud olan problemlərin aradan qaldırılması planlaşdırılır".

Sədr əlavə edib ki, Bakının bir neçə ərazisində yağış zamanı su səviyyəsi kritik həddə çatır. Onun sözlərinə bunun da səbəbi həmin ərazilərdə müvafiq infrastrukturun olmaması və ya mövcud infrastrukturun bəzi tələblərə cavab verməməsidir. "Bu çatışmazlıqları aradan qaldırmaq üçün aidiyyatı üzrə mühəndis və layihə işləri icra olunacaq", - deyə o bildirib.apa

DİGƏR XƏBƏRLƏR

Top