Türkiyə Rusiyadan buğdanın rüsumsuz idxalına qadağa qoyub

Türkiyə hökuməti Rusiyadan buğda, qarğıdalı və günəbaxan yağının rüsumsuz idxalı üçün lisenziyaların verilməsini dayandırıb.

Bu barədə “Kommersant” Kənd təsərrüfatı malları ixracatçıları Milli Assosiasiyasına istinadən məlumat yayıb.

Məlumata əsasən, qeyd olunan malların Türkiyəyə idxal olunması üçün 130 faiz məbləğində rüsumun tətbiq ediləcəyi gözlənilir. Bu isə, faktiki olaraq, tədarükün dayandırılması deməkdir.

Qeyd edək ki, Türkiyə Rusiyadan buğdanın idxal həcminə görə Misirdən sonra dünyada ikinci yerdədir.

2016-cı ilin iyulundan 2017-ci ilin fevralınadək Türkiyə Rusiyadan 2 mln. ton buğda idxal edib. APA

DİGƏR XƏBƏRLƏR

Top