ABŞ-da şəhər satılır

ABŞ-ın Oriqon ştatındakı Tiller şəhəri satışa çıxarılıb. “Yeniavaz.com”un “Lenta.ru” saytına istinadən verdiyi məlumata görə, şəhərin ərazisində 6 ev, yanacaqdoldurma məntəqəsi, mağaza və məktəb binası var. Yaşayış məntəqəsinin satış qiyməti 3,8 milyon dollar təşkil edir. Tiller tərk edilmiş şəhərdir. Daha əvvəl orada daha çox ağac emalı üzrə fabrikin işçiləri və ailələri yaşayıblar, lakin müəssisə bağlandıqdan sonra insanlar şəhəri tərk ediblər. Hazırda şəhərdə yalnız iki nəfər – təhsil müəssisəsinin binasının yanındakı evdə qalan keçmiş məktəb müəllimi və kilsədə yaşayan vikari qalır. Bu obyektlər satılmır. Tillerdə tibb müəssisəsi tikməyi planlaşdıran çinli biznesmenlər şəhərə maraq göstərirlər.

DİGƏR XƏBƏRLƏR

Top