
Prezident Donald Trampın administrasiyası gələn il üçün Konqresdən Dövlət Departamentinin xətti ilə Suriya, İraq və Əfqanıstdakı silahlı münaqişələr zonasında xarici əməliyyatlar üzrə 12 milyard dollar istəyib. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bu, ABŞ-ın 2018-ci il üçün federal büdcə layihəsində nəzərdə tutulub. Layihədə qeyd edilir ki, Dövlət Departamentinin və Beynəlxalq İnkişaf Agentliyinin əsas maliyyələşdirilməsi 25,6 milyard dolllar təşkil edəcək, bu da 2017-ci ilin göstəricisindən 10,1 milyard dollar (28 faiz) azdır. Suriya, İraq və Əfqanıstdakı hərbi əməliyyatlara fövqəladə xərcləri qismində 12 milyard dolların ayrılması nəzərdə tutulub, nəticədə Dövlət Departamentinin büdcəsi ümumilikdə 37,6 milyard dollara çatacaq. Büdcə layihəsində gələn il üçün İsrailə təhlükəsizlik sahəsində 3,1 milyard dollar ayırmaq təklif edilib. Bununla da İsrail ötən illər olduğu kimi dünyada ABŞ-dan ən çox yardım alan dövlət olaraq qalacaq. Bundan başqa, Liviyada yüksək təhlükəsizlik sistemləri ilə təmin edilməli olan ABŞ-ın yeni səfirliyinin tikintisinə 2,2 milyard dollar xərclənməsi nəzərdə tutulib. Ümumilikdə isə ABŞ-ın digər ölkələrə yardım proqramları azaldılacaq.
Tətbiqimizi yükləyə bilərsiniz