Rusiya vətəndaşlarının Azərbaycana səfərlərinin sayı açıqlandı

2016-cı ildə Rusiya vətəndaşlarının Azərbaycana səfərlərinin sayı 627 min təşkil edib. “Yeniavaz.com”un “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Statistika Komitəsinin məlumatında deyilir. Qeyd edilir ki, ötən il Rusiya vətəndaşlarının xaricə səfərlərinin sayı 31,7 milyon təşkil edib, bu da 2015-ci ilin göstəricisindən təqribən 8 faiz azdır. Bununla belə, turist axınının azalma tempi yubanıb. 2016-ci ildə rusiyalılar arasında ən populyar yerlər Abxaziya (4,3 milyon səfər), Finlandiya (2,9 milyon), Qazaxıstan (2,8 milyon). Ukrayna (1,8 milyon) və Çin (1,6 milyon) olub. Türkiyəyə isə 797 min səfərə həyata keçirilib. 2015-ci ildə 3,46 milyon rusiyalı qəbul edən Türkiyə siyahının ikincisi olduğu halda, cari ildə 77 faiz azalma ilə 11-ci yeri tutub.

DİGƏR XƏBƏRLƏR

Top