İtaliya və Rusiya əsas ticarət tərafdaşımız olaraq qalır

2017-ci ilin yanvar-fevral ayları ərzində ölkəmizə ən çox məhsul Rusiyadan gətirilib. "Yeniavaz.com" Dövlət Gömrük Komitəsinə istinadən bildirir ki, şimal qonşumuzdan alınan məhsulların dəyəri 185,5 milyon dollar (ümumi idxalın 19,1%-i) olub. Rusiyada sonra ən çox Türkiyədən və Çindən məhsul gətirilib. 2017-cı ilin ilk iki ayı ərzində bu ölkələrdən müvafiq olaraq 146,7 milyon (ümumi idxalın 15,1%-i) və 105,6 milyon dollarlıq (10,8%) məhsul idxal edilib. Ən çox məhsul aldığımız ölkələrin sıralamasında isə növbəti yerləri Almaniya (48,7 milyon dollar), ABŞ (45,4 milyon dollar), İtaliya (38,8 milyon dollar), Böyük Britaniya (38,6 milyon dollar) və digər dövlətlər tutur.

Ötən illərdə olduğu kimi 2017-cı ilin yanvar-fevral ayları ərzində də ölkəmizdən ən çox İtaliyaya məhsul ixrac olunub. Son iki ay ərzində bu ölkəyə 422 milyon dollar dəyərində məhsul (əsasən neft və neft məhsulları) ixrac edilib. Xaricə satılan məhsulların 25,5%-i İtaliyanın payına düşüb. Bundan başqa Çinə 123 milyon dollar dəyərində məhsul satılıb (ümumi ixracın 7,4%-i). Həmçinin 111,8 milyon dollar dəyərində məhsul İsrailə satılıb. Tayvana 108,3 milyon dollar, Portuqaliyaya 98,6 milyon dollar, Türkiyəyə isə 92,3 milyon dollar dəyərində məhsul satılıb. Ən çox məhsul satılan ölkələrin sıralamasında növbəti yerlərdə Almaniya (77,8 milyon dollar), Fransa (74,5 milyon dollar), İspaniya (73,2 milyon dollar) və digər dövlətlər gəlir.

DİGƏR XƏBƏRLƏR

Top