Fransada liseyə silahlı hücum: yaralılar var, şübhəli saxlanılıb

Fransanın şimal-şərqindəki Qras şəhərində yerləşən liseylərin birində atışma baş verib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, insident nəticəsində bir neçə nəfər xəsarət alıb. Hadisədən sonra Fransa hökuməti terror təhdidi barədə xəbərdarlıq elan edib. Bildirilir ki, silahlı kişi liseyin direktoruna atəş açıb. Bir şübhəli saxlanılıb, hadisə yerində polis xüsusi təyinatlıları işləyirlər. Qras şəhər hakimiyyəti isə bəyan edib ki, insidenti liseyin şagirdləri törədə bilərlər və bu, terror aktı deyil.

DİGƏR XƏBƏRLƏR

Top