"Bakıda dilənçi qadın 2 uşağı pis vəziyyətdə qoyub"

Bakıda - metronun "Xalqlar dostluğu" stansiyasının yaxınlığında dilənən bir qadın 2 uşağını çətin vəziyyətə salıb. "Yeniavaz.com" xəbər verir ki, bu barədə "Təmiz Dünya" İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova məlumat verib.

"Xalqlar dostluğu" metrosunun yanında Qəbələ sakini, əri 3 il müddətinə həbsdə olan, iki uşaqlı (uşaqların biri 2 yaşındadır, biri isə 3 yaşında, hər ikisi oğlandır), təxminən 28 yaşında bir qadınla bağlı təşkilatımıza məlumat daxil olmuşdu. Sosial işçimiz həmin yerə gedərək qadınla görüşüb sığınacağa gətirmək istədi. Qadın imtina edib, deyib ki, burada dilənərək günə 5 manat qazanıram. Həmin qadın xidmətimizdən imtina edib".

M. Zeynalova bildirib ki, həmin uşaqlar bu durumdan əziyyət çəkirlər.

Birlik sədri səlahiyyətli orqanlardan həmin uşaqları anadan müvəqqəti alıb uşaq evinə yerləşdirmələrini xahiş edib: "Xüsusən, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları bu uşaqlarla bağlı tədbir görsə, yaxşı olar".

DİGƏR XƏBƏRLƏR

Top