Mosulda kütləvi məzarlıq tapılıb


İraqın Mosul şəhərində rast gəlinən tükürpərdici mənzərə İŞİD vəhşiliyini bir daha nümayiş etdirib. “Yeniavaz.com” Türkiyə mətbuatına istinadən bildirir ki, İŞİD-dən təmizlənən ərazilərdə meydana çıxan kütləvi məzarlıqda əksəriyyəti uşaqlar olan onlarla insan meyiti aşkarlanıb. İŞİD vəhşiliyi hadisə yerindəki polisləri də xeyli sarsıdıb. Məlumata görə son günlərdə İraq ordusu xeyli irəliləyiş əldə edib. Xatırladaq ki, Baş naziri Heydər əl-İbadi də ötən günlərdə açıqlamasında bildirmişdi ki, artıq İŞİD qüvvələrinin Mosulda son günləridir və Mosul İŞİD-dən tamamilə təmizlənir.

DİGƏR XƏBƏRLƏR

Top