İraqda kürd dili ikinci dövlət dili elan edildi

İraqın Kərkük vilayətinin başçısı Naymadin Kərim kürd dilini ərəb dili ilə birlikdə ikinci dövlət dili elan edib. “Yeniavaz.com”un “Riafan.ru” saytına istinadən verdiyi məlumata görə, N. Kərim Kərkük vilayət şurasına müraciət edərək bütün dövlət müəssisələrində və dövlət şirkətlərinin binalarında kürd bayraqlarını asmağı təklif edib. N. Kərim qeyd edib ki, kürd və ərəb dillərindən istifadəyə İraq konstitusiyası zəmanət verir. O, həmçinin qərara əməl etməyən dövlət qurumlarına qarşı məhkəmə təhqiqatının başlanılacağına dair vəd verib.

DİGƏR XƏBƏRLƏR

Top