“Huawei P10 Lite” satışa çıxarıldı

“Huawei P10” seriyasının ən ucuz modeli satışa çıxarılıb. “Yeniavaz.com” Türkiyə mediasına istinadən bildirir ki, “Huawei P10 Lite” daha çox Cənub Şərqi Asiyada satışa çıxarılacaq. Ötən ay Barselona şəhərində təşkil olunan təqdimetmə mərasimində “Huawei P10” və “Huawei P10 Plus” telefonları ilə yanaşı “Huawei P10 Lite”ın da təqdim olunması gözlənilsə də naməlum səbəblərə görə bu təxirə düşmüşdü. “Huawei P10” və “Huawei P10 Plus”dan fərqli olaraq“Huawei P10 Lite”ın satış qiyməti insanların cibinə daha çox uyğundur. Bildirilib ki, “P10 Lite” 290 dollara satışa çıxarılıb. Bu qiymət “Huawei P10” və “Huawei P10 Plus”ın yarı qiymətindən daha ucuzdur. Telefon, Kirin 655 yonqa şəbəkəsinə malikdir. 4GB RAM, 32GB daxili yaddaş və 3.000 mAh batareya tutumuna sahib olan telefonun ekranı 1080p ölçüsündə və 5.2 düymdür. Həmçinin 12 megapiksel olan arxa kamerasının qoşa flaş işığı var.

DİGƏR XƏBƏRLƏR

Top