Türkiyə NATO-nun proqramına veto qoydu

Türkiyə Avropa ölkələri tərəfindən NATO çərçivəsində həyata keçirilən alyansa üzvü olmayan ölkələrlə əməkdaşlıq proqramlarına veto qoyub. “Yeniavaz.com”un “Sözcü” qəzetinə istinadən verdiyi məlumata görə, proqram NATO üzvü olmayan ölkələrin alyansa yaxınlaşdırılmasını, siyasi dialoq kanallarının açılmasını nəzərdə tutur. NATO-nun üçüncü ölkələrə münasibətdə əməkdaşlıq proqramları hərbi təlimlərin verilməsini və bəzi mülki layihələri əhatə edir. NATO-dakı mənbələr Türkiyənin veto qoymasını siyasi qərar olduğunu bildiriblər. Bunun 16 aprel referendumundan sonra ləğv ediləcəyini gözləyirlər.

DİGƏR XƏBƏRLƏR

Top