Binəqədi-Mehdiabad yolunda hərəkət məhdudlaşdırılır

Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Binəqədi-Mehdiabad avtomobil yolunda 17 mart 2017-ci il tarixindən etibarən avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq. "Azəravtoyol" ASC-dən "Yeniavaz.com"a verilən məlumata görə, məhdudlaşdırma səhər saatlarından tətbiq ediləcək və bir-neçə gün davam edəcək. Sürücülər alternativ olaraq Binəqədi-Novxanı və Binəqədi-Balaxanı avtomobil yollarından istifadə edə bilərlər. Sürücülərdən aparılacaq işlərə anlayışla yanaşmaları xahiş olunur.

DİGƏR XƏBƏRLƏR

Top