
Türkiyədə televiziya kanallarında evlilik verilişlərnin yayımının tamamilə dayandırılması ilə əlaqədər son işlər görülür. “Yeniavaz.com”un “Sözcü” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş deyib. Evlilik verilişləri ilə bağlı 120 min şikayətin daxil olduğunu qeyd edən N. Kurtulmuş bu cür şikayətlərin prezidentə və baş nazirə də ünvanlandığını bildirib: “Hazırda evlilik proqramlarının yayımınının dayandırılması üzərində son işlər aparılır. İctimai tələbi qarşılayacağıq”. Bu cür verilişlərin yerli adət-ənənəyə, mədəniyyətə, inanclara, türk ailə müəssisəsinə uyğun gəlmədiyini vurğulayan N. Kurtulmuş əlavə edib ki, belə verilişlərin reytinqinin yüksək olması və reklam gəlirinin çox olması önəm kəsb etmir.
Tətbiqimizi yükləyə bilərsiniz