"Bu Ərdoğanın çarəsiz olduğunu göstərir"

"Ərdoğanın Hollandiya və Almaniya ilə dalaşması, onun necə çarəsiz olduğunu göstərir". "Yeniavaz.com" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözlər həftəlik siyasi-iqtisadi jurnal "The Economist"dəki bir məqalədə yazılıb. Məqalədə, "evet" səslərinin 50%-dən az olduğu bildirilir.

İngiltərə mətbuatının iddialarına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Avropaya olan münasibəti referendumda müsbət nəticə qazanmağa hesablanıb.

"BBC Türkcə"nin "The Economist"ə istinadən verdiyi məlumatda deyilir ki, Ərdoğan, heç kimin görə bilmədiyi faşistləri sezmə qabiliyyətinə malikdir. O faşizmə qarşı mübarizəsini davam etdirmək məcburiyyətində qalacaq. Çünki, türkiyəli nazirlərə mitinq icazəsi verməyən Hollandiya və Almaniyaya "faşist" deyəndən sonra Belçika, Danimarka və Avstrya da icazə verməyəcəyini bildirib.

"The Economist"ə açıqlama verən Qərbli diplomatın sözlərinə görə, Ərdoğan Türkiyəyə ən böyük xarici sərmayə qoyan ölkələrlə münasibəti korlaması onun nə qədər çarəsiz olduğunu göstərir.

DİGƏR XƏBƏRLƏR

Top