Çavuşoğlu: Yaxın zamanlarda Avropada dini müharibələr də başlayacaq

Yaxın zamanlarda Avropada dini müharibələr də başlayacaq. “Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Hollandiyada keçirilmiş parlament seçkilərinin nəticələrini şərh edərkən deyib. O bildirib: “Hollandiyada seçkilər başa çatdı. Çoxsaylı partiyalara baxsaq, sosial-demokratlarla və faşist Vilders arasında fərq yoxdur. Onların hamısı eyni düşüncənin sahibidir. Avropanı uçuruma aparırsınız”. M. Çavuşoğlu qeyd edib ki, bu gedişlər yaxın zamanlarda Avropada dini zəmində müharibələr də başlayar, başlayacaq: “Keçmişdə buna görə 100 il müharibə etdilər. Avropanın tarixini aç, qarşılarına qoy. Bir qram utansalar, bir-birilərinin üzlərinə baxmazlar”.

DİGƏR XƏBƏRLƏR

Top