Azərbaycanlılara qarşı nifrət oyatmaqda ittiham edilən rus ictimai xadimin məhkəməsi başlayır

Martın 17-də Rusiyanın Perm vilayətinin Leninsk rayon məhkəməsi internet şəbəkəsindən istifadə etməklə milliyət əlaməti üzrə insanın və ya bir qrup şəxsin ləyaqətini alçaltmaqda, nifrət və ya düşmənçilik oyatmaqda ittiham edilən permli publisist və ictimai xadim Roman Yuşkovun işinə baxmağa başlayacaq. “Yeniavaz.com”un “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, rusları Azərbaycan mağazalarından alış-veriş etməyi dayandırmağa çağıran “Yada öz YOX-unu de” məqaləsi cinayət işinin açılmasına səbəb olub. İşə hakim İrina Jitnikova baxır. İttiham tərəfinin əsas şahidləri qismində Azərbaycan mağazasının sahibləri Babayev Şair Cəfəroğlu və onun həyat yoldaşı Babayeva Gülnaz Rahibqızı dinlənilib. Onlar daha əvvəl verdikləri ifadədə bildirmişdilər ki, R.Yuşakov Azərbaycan mağazasına daxil olaraq, rusların 90-ci illərin əvvəllərində “Azərbaycandan qovulması və cəzasız məhv edilməsi” barədə danışaraq oradakı alıcılar arasında millətlərarası nifaqı qızışdırıb.

DİGƏR XƏBƏRLƏR

Top