“Rusiya-Türkiyə əlaqələrinin mərhələli bərpası Cənubi Qafqazda təhlükəsizlik və sabitliyin xeyrinə olacaq”. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ermənilərə məxsus “Regional Post - Caucasus” jurnalına müsahibəsində bildirib. Onun sözlərinə görə, Rusiya və Türkiyə arasındakı bir neçə aylıq böhrandan əldə edilən nəticəyə əsasən bunun bölgədə qarşılıqlı anlaşmanı və etimadı artırdığı qənaətinə gəlmək olar: “Hesab edirik ki, Ankara ilə ikitərəfli əməkdaşlığın mərhələli bərpası Cənubi Qafqazda sülh, təhlükəsizlik və sabitliyə xidmət edəcək”. S.Lavrov deyib ki, Rusiyanın Türkiyə ilə əməkdaşlığı başqa dövlətlərə qarşı yönəlməyib. Nazir Türkiyə-Ermənistan münasibətlərindən də danışıb: “Əminəm ki, Ermənistan və Türkiyə mövcud problemləri tənzimləməyə qadirdir. Bu daha çox onların özündən asılıdır. Rusiya Ankara ilə Yerevan danışıqlar masasına oturandan sonra onlara fəal şəkildə yardım etməyə hazır olacaq”.Report