"Mövlud şəhərdə doğulmuşdu, amma şəhər uşağı deyildi" - Onu tanıyanlar danışır

Səhər açılar-açılmaz yenə sarsıdıcı xəbər eşitdik - gənc və istedadlı yazar Mövlud Mövlud intihar edib. Yazarı tanıyan qələm sahibləri onun bu addımı ilə bağlı fikirlərini "Yeniavaz.com"a açıqdılar.

Salam Sarvan (şair): "Söz yoxdu deməyə. Çaşıb-qalmışam".

Aydın Canıyev (jurnalist): "Mövlud şəxsən tanıdığım, çox vaxt öydüyüm, nadir hallarda isə danladığım olub. Bir yerdə olduğumuz məclislərdə qeyd-şərtsiz sevimli olub - səmimi, istedadlı və dəyərli gənc olduğu üçün. Mövlud indiki gənc yazarlardan fərqli olaraq, az səhv edirdi, səhvini deyəndə isə kişiyana boynuna alırdı. Ümid edirəm ki, intihar anında səhv etdiyini bilib. Amma və lakin... təəssüflər olsun ki, ona səhv etdiyini deyən olmayıb və bu səhvinin etirafına heç vaxt şahid olmayacağıq!"

Əsəd Cahangir (tənqidçi): "Mövlud öz yaşıdları olan gənclər arasında ən uşağı və qocası idi. O hamını başa düşürdü. O yeganə gənc idi ki, uşaqlığından tanıyırdıq, gözümüzün qabağında böyümüşdü. Odur ki yaşından çox bilir, özündən böyüklərlə ayaqlaşırdı. Ədəbiyyatı gözəl duyurdu. Heç kəsin fikri vermədiyi nüansları tuturdu. Dilə qarşı həssas idi. Yaxşı zövqü vardı, xüsusən də sənət, musiqi zövqü. O şəhərdə doğulmuşdu, amma şəhər uşağı deyildi. Amma kənd uşağı da deyildi. Uşaqlığında Qəqəniyə oxşayırdı, böyüyəndən sonra Cəlala. Onun Humayı ədəbiyyat idi. Mövlud niyə belə etdi? Məncə, bunun ilk səbəbi həyatımızın, güzəranımızın çətinlikləridir. Heyif!"

Pərviz Cəbrayıl (şair): "Fikir yazacaq halda deyiləm".

Ruzbeh Məmməd

DİGƏR XƏBƏRLƏR

Top