Gənc yazar intihar edib

Bakıda 28 yaşlı oğlan özünü binanın 17-ci mərtəbəsindən ataraq intihar edib. Hadisə Binəqədi rayonunda baş verib. Belə ki, Süleyman Sani Axundov küçəsi 31/23 ünvanındakı binanın 17-ci mərtəbəsində yerləşən mənzildə kirayə yaşayan 1989-cu il təvəllüdlü Abdullayev Mövlud İsmayıl oğlu özünü eyvandan yerə atıb. M.Abdullayev hadisə yerində ölüb. Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Qeyd edək ki, intihar edən Abdullayev Mövlud gənc yazar Mövlud Mövluddur.Report

DİGƏR XƏBƏRLƏR

Top