Suriyada hər 24 saatda 212 nəfər ölür

Suriyanın dağıdılmış şəhərlərinin yenidən dirçəldilməsi üçün isə 1 trilyon dollar tələb olunur. “Yeniavaz.com”un “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə mənzil-qərargahı Londonda yerləşən Suriya İnsan Haqları Müşahidə Məntəqəsinin hesabatında deyilir. Hesabata əsasən, bugünədək ümumilikdə 465 mindən çox insan münaqişənin qurbanı olub. Bundan başqa, 144 mindən çox insan itkin düşüb. 2192 gündür davam edən münaqişədə hər 24 saatda 212 nəfər ölüb.

DİGƏR XƏBƏRLƏR

Top