NATO: KVN Kremlin siyasi alətidir

Rusiyanın KVN (Şən və hazırcavablar klubu) yumoristik verilişi siyasi strateji kommunikasiya alətidir. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə NATO-nun “Stratcom” strateji kommunikasiyalar mərkəzinin araşdırmasında deyilir. Araşdırmanın sifarişçisi Latviyanın Müdafiə Nazirliyidir və o, Moskvanın “Paraparam” komandasının 2014 və 2015-ci illərdə “Qolosyaşiy Kivin” festivalında çıxışlarının təhlilinə əsaslanır. Məruzədə qeyd edilir ki, KVN-i kommersiya məhsulu və biznes model kimi təsvir etmək olar: “Bu biznes mümkün oldu və artdı, çünki KVN brendinin sahibinin Kremllə xüsusi əlaqələri var”. Araşdırmanın müəllifləri bildirirlər ki, “KVN maşını” sayəsində Kremlin rejimə xidmət etməyə hazır olan özünəməxsus, strateji auditoroyaya çıxış əldə edir.

DİGƏR XƏBƏRLƏR

Top