Liseydə “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib

Ağdaş İstək Liseyində məktəblilər arası “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə Ağdaş şəhər çempionatı keçirilib. İntellektual oyun Ağdaş Rayon Təhsil Şöbəsinin, Rayon Gənclər və İdman İdarəsinin və Ağdaş İstək Liseyinin birgə təşkilatçılığı ilə baş tutub. Yarışı açıq elan edən Ağdaş İstək Liseyin müdiri Rəşad Əliyev deyib ki, məktəblilərin bu cür turnirdə iştirakı onlar üçün böyük imtahandır. O, məktəblilərə uğurlar arzulayıb. Sonra Rayon Təhsil Şöbəsin müdiri Hürü Əliyeva, Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov və Ağdaş Rayon İcra Hakimiyyəti başçısı aparatının informasiya təminatı və təhlil sektorunun müdiri Kənan Muxtarov çıxış edərək bilidiriblər ki, “Nə? Harada? Nə zaman?" intellektual oyunları keçirməkdə əsas məqsəd məktəblilərdə dünyagörüşünün artırılması və intellektual hərəkata cəlb olunmasını təmin etməkdir.

Qeyd edək ki, çempionatda məktəbliləri təmsil edən, hər birində 6 nəfər olmaqla 8 komanda iştirak edib. 1-ci yeri Ağdaş İstək Liseyi, 2-ci yeri Ləki qəsəbə məktəbi, 3-cü yeri Ağdaş rayon Maqsud Şeyxzadə adına Təbiət Texniki və Hümanitar Təmayüllü Gimnaziyanın komandaları tutub. Çempionatın sonunda ilk üç yerin sahibləri hədiyyələrlə və sertifikatla təltif olunublar.

Pərviz Əliyev, Ağdaş

DİGƏR XƏBƏRLƏR

Top