Bakı metropolitenində yanğın həyəcanı - FHN AÇIQLAMA YAYDI

Fövqəladə Hallar Nazirliyi Bakı metropolitenində baş vermiş yanğınla bağlı məlumat yayıb.

"Yeniavaz.com"un FHN-nin saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı Metropoliteninin 28 may stansiyasından Gənclik stansiyasına gedən tuneldə tüstülənmə olması barədə məlumat daxil olub.

Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri hadisə yerinə cəlb olunub, operativ tədbirlər nəticəsində tüstülənmənin mənbəyi aşkar edilib və qarşısı alınıb.

Əlavə məlumat veriləcək.

***

Bakı metropolitenində tuneldə tüstülənmə başlayıb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevin APA-ya verdiyi məlumata görə, hadisə “28 may” və “Gənclik” metro stansiyaları arasında baş verib.

Hazırda mütəxəssislər tüstünün mənbəyini müəyyənləşdirir. Hadisə qatarların hərəkətinə təsir etməyib. Sərnişinlər üçün təhlükə olmadığı bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top