İŞİD başçıları ailələri ilə birlikdə Raqqanı tərk edirlər

İŞİD terror qruplaşması Suriyanın Raqqa şəhərini hərbi zona elan edib və onun ətrafında möhkəmləndirmə işləri apararaq müdafiəyə hazırlaşırlar. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, şəhərin şimal cəbhəsində tank əleyhinə çalalar qazılır və yeraltı tunellər minalanır. Raqqanın şimal hissəsindəki küçələr və şoselər üzrə gedişlər dayandırılıb, orada xeyli sayda istehkamlar yaradılıb. Terrorçular ətraf rayonlardakı əhalini qovaraq ondan canlı qalxan kimi istifadə etməyə çalışırlar. İŞİD gəncləri və yeniyetmələr məcburən öz sıralarına cəlb edirlər. Eyni zamanda, İŞİD başçıları ailələləri ilə birlikdə (təqribən 300 nəfər) Raqqadan Deyr-əz Zor vilayətinə köçürlər.

DİGƏR XƏBƏRLƏR

Top