Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rotterdam və İstanbul arasında qardaş şəhərlər haqqqında sazişin birtərəfli qaydada pozulması barədə göstəriş verib. “Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, prezident bununla bağlı göstərişi ötən gün baş nazir Binəli Yıldırıma verib. Türkiyə prezidenti bildirib: “Rotterdam İstanbulla qardaş şəhərlərmiş. Dünən baş nazirə dedim ki, dərhal İstanbul meri birtərəfli qaydada qardaşlıq sazişini pozsun. Çünki bizim bu cür insanlarla qardaş şəhər olmağımız mümkün deyil”.