"Nokia" 2 yeni telefon təqdim edəcək

"Nokia" şirkəti daha iki yeni telefon təqdim edəcək. “Yeniavaz.com” Türkiyə mətbuatına istinadən bildirir ki, "Nokia" Mobil Dünya Konqresində təqdim etdiyi "Nokia" 3, 5, 6 və 3310 modellərindən sonra "Nokia 7" və "Nokia 8"i təqdim etməyi planlaşdırır. "Nokia"nın xeyli aradan sonra təqdim etdiyi telefonlar insanlar tərəfindən maraqla qarşılandığı üçün şirkət belə bir addım atmağı qərara alıb.

İncə və monolit xarici görünüşə malik olacaq olan "Nokia" 7 və 8-in barmaq izi oxucusu, sürətli enerji doldurma və keyfiyyətli kameraya sahib olacaq. Telefonların may və ya iyun aylarında nümayiş olunacağı gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top