“ASAN”da işə düzəlmək üçün mütləq könüllü olmalıyıq? - Açıqlama

“ASAN Xidmət”ə iş üçün CV göndərmək istəyən bir gənc maraqlı məqamla qarşılaşıb.

Saytın asankadr.az bölməsinə daxil olan vətəndaş “portalda CV yerləşdirmək üçün ilk növbədə “ASAN xidmət” mərkəzində könüllülük təcrübəsi keçmək və ya “Baki 2015” İlk Avropa Oyunları könüllüsü olmaq lazımdır” şərtinin olduğunu görüb. Könüllü olmağın şərt kimi vurğulanması isə onda bir qədər çaşqınlıq yaradıb.

"Yeniavaz.com" xəbər verir ki, “ASAN xidmət”in Mətbuat xidmətinin rəhbəri Anar Hüseynov məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verib. O, qeyd edib ki, “ASAN kadr” portalı könüllülərin layihəsidir, yəni indiyə qədər “ASAN xidmət”də və Bakı 2015 İlk Avropa Oyunlarında könüllü olmuş gənclərin CV-ləriyerləşdirilib. “Hər hansı şirkət işə gənc kadr götürmək istəyirsə, həmin portala daxil olub qeydiyyatdan keçməklə könüllü olmuş gənclərin tərcümeyi-halı ilə tanış olur. Məsələn, elə şirkətlər var ki, onlar gənc kadrları işə götürmək istəyirlər. Bu zaman saytda qeydiyyatdan keçmək lazımdır. İndiyə kimi 600-yə yaxın gənc müxtəlf şirkətlər tərəfindən işə götürülüb.

“ASAN xidmət”də işə düzəlmək üçün isə əvvəllər Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada imtahan verilirdi. İndi isə aparılan dəyişikliyə əsasən Dövlət İmtahan Mərkəzində imtahan vermək və müsahibədən keçmək lazımdır”.

DİGƏR XƏBƏRLƏR

Top