Rusiya və Ermənistan xarici ticarətdə milli valyutadan istifadə etmək niyyətindədirlər

Rusiya və Ermənistan hazırda iki ölkə arasındakı ticari münasibətlərdə milli valyutadan istifadə edilməsi imkanlarını nəzərdən keçirirlər. "Yeniavaz.com"un nevs.am-a istinadən verdiyi məlumata görə, bunu Putin Sarkisyanla keçirilən görüşdən sonra mətbuata açıqlamasında deyib. Rusiya prezidenti Ermənistanı ölkəsinin əsas iqtisadi tərəfdaşı adlandırıb: "Ötən il iki ölkə arasında mal dövriyyəsi 6 faiz artıb. Bunu ciddi uğur hesab edirəm. Gələcəkdə ticari əlaqələri daha da genişləndirmək üçün qarşılıqlı şəkildə milli valyutalardan istifadə imkanlarını araşdırırıq".

Putin həmçinin qeyd edib ki, Rusiyanın Ermənistana qoyduğu sərmayənin həcmi 3 milyard dollardan çoxdur.

DİGƏR XƏBƏRLƏR

Top