Millət vəkillərindən "seçmələr": "atamın goru", "yorğan davası", "otxod"...

2016-cı ildə bəzi deputatların çıxışları mətbuat və cəmiyyətdə ajiotaj yaratdı. 2017-ci ilin yeni başlamasına baxmayaraq, bəzi deputatlar bu ənənəni davam etdirirlər. Onların səsləndirdiyi fikirlər isə həm sosial şəbəkələrdə, həm də ictimaiyyətdə birmənalı qarşılanmır və tənqid obyekti olur. "Yeniavaz.com" belə yaddaqalan açıqlamalardan bir neçəsini təqdim edir.

Hadı Rəcəbli: "Əgər bu gün müəllim 150-200 manat maaş alır və dolana bilmirsə o, işdən sonra daş hörsün, başqa işlə məşğul olsun". Deputat başqa bir müsahibəsində isə belə bir ifadə işlədib: "İnsanların ömrü uzanıb, pensiya yaşının qaldırılmasının ziyanlı tərəfi yoxdur”.

Aqil Abbas: ''Get soğan ək, ailəni saxla''. A. Abbasın başqa bir yaddaqalan fikri isə belə olmuşdu: ''Mənim atamın goruna 932 adam söyüb, hesablamışam''

Astan Şahverdiyev: "Rusiyaya işləməyə gedənlər cəmiyyətin “otxod”larıdır”.

Siyavuş Novruzov: "Sosial şəbəkələrdə şərh yazmaq üçün şəxsiyyət vəsiqəsi ilə qeydiyyat zəruridir".

Bahar Muradova: "Xalq ayağını yorğanına görə uzatsın və hökumətdən olan gözləntilərini sonraya saxlasın". (Deputat sonradan təkzib yayaraq belə bir fikir səsləndirmədiyini bildirib.)

Aydın Hüseynov: "Kim çox elektrik enerjisi və mavi qaz işlədəcəksə, deməli, onun imkanları genişdir".

Arif Rəhimzadə: "Biz türk deyilik, onlar ayrı millətdir!".

İlə yeni başlamışıq, yəqin ki, davamı olacaq...

Ruzbeh Məmməd

DİGƏR XƏBƏRLƏR

Top