İraq ordusu Mosul körpüsünü geri alınıb

İŞİD terror qruplaşmasına qarşı həyata keçirilən Mosul əməliyyatı zamanı köhnə Mosul körpüsü geri alınıb. “Yeniavaz.com” Türkiyə mətbuatına istinadən bildirir ki, İraq baş naziri Heydər İbadi, mətbuata verdiyi açıqlamada İŞİD-in İraqdakı son günləri olduğunu deyib: “Mosul əməliyyatının son mərhələsindəyik. İŞİD üzvləri təslim olmasa öldürüləcəklər. İŞİD-in çevrəsi hər gün daha da daralır”. Həmçinin İbadi qeyd edib ki, o, növbəti həftə Vaşinqtonda Trampla görüş keçirəcək.

DİGƏR XƏBƏRLƏR

Top