Belçika 12 imama qadağa qoydu

Belçikanın Sığınacaq və miqrasiya məsələləri üzrə dövlət katibi türkiyəli 12 imama uzunmüddətli vizaların verilməsindən imtina edib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, imamlar Belçika dövlətinin Gent, Namyur, Bilzendə rəsmən tanımadığı məscidlərdə dini ayinlər keçirməyi planlaşdırıblar. 12 imamdan onu T. Frankenin qərarı ilə bağlı Belçikanın Əcnəbilərlə mübahisələrin həll edilməsi üzrə şuraya şikayət ediblər. Artıq Şura 4 iddianı rədd edib. Şuranın qərarına əsasən, dini azadlıq hüququ pozulmayıb, çünki türkiyəli imamlar Belçikadan kənardadırlar və Belçika dövlətinin yurisdiksiyasına daxil deyillər.

DİGƏR XƏBƏRLƏR

Top